
Portuqaliyalı baş məşqçi Lenardu Jardim Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının baş məşqçisi olacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano tvitterində yazıb. O, 46 yaşlı mütəxəssisin 2022-ci il iyununun sonunadək müqavilə bağlayacaq. O, son iş yeri "Monako"nu 2019-cu ilin yanvarında tərk edib.