İngiltərənin "Çelsi" klubunun futbolçusu Markos Alonso unikal tarixi nailiyyətin müəllifi olub. Sportnet.az-ın "Opta Jose"yə istinadən məlumatına görə, ispaniyalı müdafiəçi babası Markitos Alonso kimi avrokubok qazanıb.
Markitos Alonso da müdafiəçi mövqeyində çıxış edib və İspaniya "Real Madrid"inin heyətində 5 dəfə - 1956 - 1960-cı illərdə Çempionlar Kubokuna yiyələnib. O, 2012-ci ildə 78 yaşında dünyasını dəyişib və bundan 9 il sonra nəvəsi Markos Alonsonun karyerasında ilk dəfə Çempionlar Liqasını qazanmasını görə bilməyib.
Qeyd edək ki, "Çelsi" finalda "Mançester Siti"ni məğlubiyyətə uğradıb - 1:0. Hazırda Çempionlar Liqası Çempionlar Kubokunu əvəzləyir.