 
Azərbaycanlı FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, beynəlxalq dərəcəli hakim çimərlik futbolu üzrə dünya çempionatının Avropa seçmə mərhələsinin oyunlarını idarə edəcək.
Qarşılaşmalar 17 - 27 iyunda Portuqaliyanın Nazare şəhərində keçiriləcək.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    

























































