 
“Zirə” klubu futbolçusu Davit Volkovla yeni müqavilə imzalayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı hücumçu ilə sözləşmə 2022-ci ilin iyununadək uzadılıb.
Qeyd edək ki, 26 yaşlı forvard "qartallar"ın heyətində 2020-ci ilin yanvarından forma geyinir.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































