
"Nəticədən razı, etdiyimiz səhvlərdən narazı qaldım. Xüsusilə buraxdığımız qol zamanı yol verdiyimiz səhv məni bir az əsəbiləşdirdi. Qapıya xeyli sayda zərbə endirsək də, cəmi üçü dəqiq oldu".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Minskdə Belarus yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
Bədavi Hüseynovun millidə ilk qolunu vurmasına toxunan italiyalı mütəxəssis 3 gün öncə ona artıq fərqlənməyin vaxtı çatdığını söylədiyini bildirib: "Futbolda hərşey mümkündür, əsas inanmaqdır. Debüt edən futbolçulara gəlincə, onların çıxışından razı qaldım. Bu futbolçular bizim gələcəyimizdir".