
"Neftçi" klubu futbolçusu Mamadu Mboc ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi 2 illik yeni sözləşməyə imza atıb. flaqman Mbocla 2018-ci ilin dekabrında 2,5 illik müqavilə bağlamışdı.
Bundan əvvəlki klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib.
"Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Super Kubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.