
"Bu keçid uzun, bir neçə aylıq danışıqlardan sonra baş tutdu. Buna görə şadam".
Sportnet.az xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının idman direktoru Radoslav Kuxarski klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, 24 yaşlı hücumçu texniki baxımdan komandaya uyğun futbolçudur: "Mahir oyunu yaxşı oxuyur və qol vurmağa çalışır. Onun beynəlxalq təcrübəsinə güvənirəm. İnanıram ki, avrokuboklara çıxmağımıza kömək edəcək".
Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb.