
“Neftçi” klubu müdafiəçisi Voislav Stankoviçlə müqavilənin müddətini artırıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən 33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli sözləşmə imzalanıb.
Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.
Xatırladaq ki, “ağ-qaralar” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodc və Mirabdulla Abbasovla yeni müqavilə bağlayıb.