Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, yığma ikinci sınağında Ukrayna seçməsi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Millinin heyətində Sabir Allahquliyev dubl edib, digər qolu isə Orxan Məmmədov vurub.
Penaltilər seriyasında daha dəqiq oynayan ukraynalılar yekunda 5:4 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Portuqaliyaya 2:7 hesabı ilə uduzub. Yığma sonuncu matçını sabah Almaniyaya qarşı keçirəcək.