Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Burak Elmas bu gün keçirilmiş seçkilərdə bütün rəqiblərini geridə qoyub. O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.
Elmas yeni postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.