Bakı Olimpiya Stadionunda keçirimiş Avropa çempionatının A qrupunun İsveçrə - Türkiyə oyununun ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu, isveçrəlilərin yarımmüdafiəçisi Cerdan Şakiri olub. 30 yaşlı oyunçu dublla yadda qalıb.
Qeyd edək ki, qarşılaşma "ay-ulduzlular"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.