Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" yerli "Olimpiya" (Lyublyana) komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda hər iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib. Flaqmanın yeni transferləri - Harramiz Soares və Sezar Meza Kolli 58-ci dəqiqədə meydana daxil olaraq, paytaxt klubunda debüt ediblər.
Qeyd edək ki, "Neftçi" növbəti sınaq matçını iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı keçirəcək. Sloveniyadakı son rəqib isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu oyun isə iyunun 29-da olacaq.
----------------------------------
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, rəqib paytaxt Lyublyananı təmsil edən "Olimpiya" komandası olacaq. “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Yoxlama oyunu
21 iyun
20:00. "Neftçi" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) - 1:1
Qollar: Namik Ələskərov, 2 - Mihaylo Peroviç, 2
“Kodeljevo Sport Ljubljana” stadionu.