
İspaniya "Sevilya"sı kapitanı Xesus Navasla müqavilənin müddətini uzadacaq.
Sprotnet.az-ın məlumatına görə, bu barədə Əndəlusiya təmsilçisinin prezidenti Xose Kastro klubun rəsmi saytına açıqlamasında deyib.
Funksioner 36 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğunu və yaxın günlərdə 3 illik yeni sözləşmə imzalanacağını bildirib.
Qeyd edək ki, Xesus Navas "Sevilya"nın yetirməsidir. 2004 - 2013-cü illərdə bu komandanın şərəfini qoruyan futbolçu daha sonra İngiltərənin "Mançester Yunayted" klubuna keçib. O, 2017-ci ildə La Liqa təmsilçisinə qayıdıb.