Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin ikinci oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya milliləri üz-üzə gəlib.
Yerli referi Entoni Teylorun idarə etdiyi qarşılaşmanın əsas vaxtı qolsuz yekunlaşıb. Birinci əlavə vaxtda İtaliya yığması Frederiko Kyezanın 95-ci və Matteo Pessinanın 105-ci dəqiqədə vurduğu qollarla önə keçib. Avstriya millisi bu qollardan birinin əvəzini çıxa bilib. 114-cü dəqiqədə Saşa Kalayciç təsəlli qolunu vurub.
Beləliklə, İtaliya yığması 1/4 finala yüksəlib. Bu komanda növbəti mərhələdə Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk 1/4 finalçı Uelsi 4:0 hesabı ilə yenən Danimarka olub.
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Uels - Danimarka - 0:4
Qollar: Kasper Dolberq, 27; 48. Yoakim Mehle, 88. Martin Breytueyt, 90+6
Qırmızı vərəqə: Harri Uilson, 90 (Uels)
Baş hakim: Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"
23:00. İtaliya - Avstriya - 2:1 (ƏLAVƏ VAXT - 2:1)
Qollar: Federiko Kyeza, 95. Matteo Pessina, 105 - Saşa Kalayciç, 114
Baş hakim: Entoni Teylor
London, "Uembli" stadionu
-----------------------------
Futbol üzrə Avropa çempionatına 1/8 final mərhələsinə start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyunda Uels və Danimarka yığmaları üz-üzə gəlib.
Niderlandın paytaxtı Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşmiş qarşılaşma Danimarkanın qələbəsi ilə başa çatıb. Qolları 27-ci və 48-ci dəqiqələrdə Kasper Dolberq, 88-ci dəqiqədə Yoakim Mehle, 90+6-cı dəqiqədə Martin Breytueyt vurub. 90-cı dəqiqədə isə almaniyalı referi Daniel Zibert Uels yığmasından Harri Uilsona qırmızı vərəqə göstərib.
Bununla da Danimarka millisi iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında iştirak hüququ qazanıb. Rəqib isə Niderland - Çexiya duelinin güclüsü olacaq.
Qeyd edək ki, günün son oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
----------------------------
Bu gün futbol üzrə Avropa çempionatına 1/8 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Uels və Danimarka yığmaları arasında olacaq. Niderlandın paytaxtı Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Bu cütün qalibi 1/4 final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland - Çexiya duelinin güclüsü olacaq. A qrupunu 2-ci pillədə tamamlayaraq, pley-off-a yüksələn Uels yığması artıq Bakıda 2 oyun keçirib. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşmada İsveçrə ilə 1:1 hesablı heç-heçə edən britaniyalılar ikinci görüşdə Türkiyə millisinə qalib gəlib - 2:0.
Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Uels - Danimarka - 0:4
Qollar: Kasper Dolberq, 27; 48. Yoakim Mehle, 88. Martin Breytueyt, 90+6
Qırmızı vərəqə: Harri Uilson, 90 (Uels)
Baş hakim: Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"
23:00. İtaliya - Avstriya - 2:1 (ƏLAVƏ VAXT - 2:1)
Qollar: Federiko Kyeza, 95. Matteo Pessina, 105 - Saşa Kalayciç, 114
Baş hakim: Entoni Teylor
London, "Uembli" stadionu