Kosta Rika yığması tarixində ən yaxşı bombardirlərdən sayılan Paulo Vançope komandanın baş məşqçi postuna təsdiqlənib. Sportnet.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssislə 2018-ci il dünya çempionatınadək müqavilə bağlanılıb.
Daha öncə bu vəzifədə Xorxe Luis Pinto çalışıb. Vançope isə onun köməkçisi olub. Pinto DÇ-2014-də Kosta-Rika yığmasını 1/4 finaladək daşıdıqdan sonra Honduras yığmasının sükanı arxasına keçib. Onu isə köməkçisi əvəvləyib. Kosta Rika Futbol Federasiyası Vançopenin təqdimat mərasimi fevralın 3-də təşkil edəcək.
Qeyd edək ki, Paulo Vançope futbolçu kimi daha çox İngiltərənin "Mançester Siti", "Vest Hem" və "Derbi Kaunti" klublarındakı çıxışı ilə məşhurlaşıb. O, yığmada 73 oyuna 45 qol vurub.