Bakı Olimpiya Stadionunda Avropa çempionatının 1/4 final mərhələsinin Çexiya - Danimarka oyununun açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.
Daha sonra meydanın hər iki tərəfində yığma komandaların nəhəng formaları təqdim edilib.
İyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirən danimarkalı Kristian Eriksenin forması arenada göstərilib. Startdan əvvəl Skandinaviya təmsilçisinin kapitanı Simon Kyaer komanda yoldaşının imzalı formasını rəqibin kapitanı Tomaş Souçekə verib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.