Çexiya millisinin futbolçusu Patrik Şik yeni uğura imza atıb.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu buna Avropa çempionatının 1/4 final mərhələsində Bakı Olimpiya Stadionunda Danimarkaya qarşı keçirdikləri oyunda nail olub.
49-cu dəqiqədə hesab arasındakı fərqi azaldan forvard AVRO-2020-də 5-ci dəfə rəqib qapılarına yol tapıb və bir qitə çempionatında vurulan qolların sayına görə millinin sabiq oyunçusu Milan Baroşa çatıb.
Baroş AVRO-2004-də 5 qolla yadda qalıb.
Qeyd edək ki, matçda ikinci hissə oynanılır və Danimarka yığması öndədir - 2:1.