UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Olimpiakos" və "Neftçi" arasında Yunanıstanda keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Silva Pineyru Joau Pedru baş hakim, Pereyra Kosta Tiaqu Joze və Ferreyra Ribeyru Pedru Rikardu yan xətt hakimləri, Fernandeş Korreyra Qustavo isə dördüncü hakim qismində yardımçı olacaq.
UEFA nümayəndəsi lüksemburqlu Klaue Kremer, hakim-inspektor isə sloveniyalı Darko Çeferindir.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 28-də “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.