UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin Ermənistanın Gümrü şəhərində "Ararat" və Macarıstanın "Fehervar" komandaları arasında keçirilən cavab oyununda yerli azarkeşlər təxribata əl atıb.
Sportnet.az-ın məlumatına görə, erməni fanatlar qondarma rejimin "bayrağ"ını nümayiş etdiriblər. Bunlar UEFA nümayəndəsi, gürcüstanlı Davit Datunaşvilinin gözləri qarşısında baş verib.
Qeyd edək ki, hazırda davam edən qarşılaşmanı xorvatiyalı referi İqor Payaç idarə edir.