İspaniyanın "Real Madrid" klubu "Barselona"nın 17 yaşlı futbolçusu Seunq-Vu Lini transfer etməyə hazırlaşır. Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, 2011-ci ildə kataloniyalıların heyətinə cəlb olunan "Gənc Messi" FİFA tərəfindən cəzalandırılıb.
Transferində qanuna uyğunsuzluq olduğu aşkarlanan Li 2016-cı ilin yanvarınadək "Barselona" forması ilə meydana çıxa bilməyəcək. Bu səbəbdən Cənubi Koreyadan olan istedadlı gənc futbolçunu madrid klubu transfer etməyə çalışır.
Futbol mütəxəssisləri transferin həyata keçəcəyi təqdirdə "Barselona" və "Real Madrid" arasındakı münasibətlərin bir az daha gərginləşəcəyini proqnozlaşdırırlar.