"Sumqayıt" və "Keşlə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.
"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.
İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.
"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.
29 iyul
UEFA Konfrans Liqası
20:00. "Keşlə" (Azərbaycan) - "Soçi" (Rusiya) - 2:4
Qol: Felipe Santos, 35. Rəhman Hacıyev, 52 - Nikita Burmistrov, 38. Marko Duqandziç, 21. 82 Timofey Marqasov, 70
Baş hakim: Viktor Şimusik (Belarus)
Bakı. "ASK Arena".
İlk oyun - 0:3
20:00. "Sumqayıt" (Azərbaycan) - "Çukariçki" (Serbiya) - 0:2
Qollar: İbrahima Ndiaye, 10, Marko Dotsiç, 16 (penalti)
Baş hakim: Yorgen Burxardt (Danimarka)
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun - 0:0