"Sumqayıt" və Serbiyanın "Çukariçki" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü zamanı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki zəfəri qeyd olunub.
Sportnet.az-ın məlumatına görə, bu, 44-cü dəqiqəyə təsadüf edib.
Fanatlar Ordu və şəhidlər üçün müxtəlif şüarlar səsləndirərək, əsgər salamı veriblər.
Qeyd edək ki, ilk hissədən sonra "Çukariçki" öndədir - 2:0.