
"Bizdən daha güclü komandaya uduzduq. Bir neçə qol şansı yaxalasaq da, son zərbələrdə dəqiqlik çatmırdı. Əlimizdən gələni etsək də, heç nə alınmadı və məğlub olduq".
Sportnet.az-ın məlumatına görə, bu fikirəri İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis komandasından çox şey gözlədiyini bildirib: "Hər iki oyunda yaxşı oynadıq. Kimlərsə özünə haqq qazandırmaq üçün futbolçuların Avropa təcrübəsinin olmadığını söyləyə bilər. Amma mən özümü o yerə qoymaq istəmirəm. "Qarabağ"la səfərdəki əla nəticədən sonra heç kim mənə heyətlə bağlı sual vermədi. Bizim əla oyunçularımız var. Oturub hansı mövqelərin gücləndirilməli olduğunu danışacağıq. Bunun üçün 1 aya yaxın vaxtımız var".