
İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfranslarının vaxtı açıqlanıb.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və hücumçusu Harramiz Soares media nümayəndələrinin qarşısına çıxacaq. Tədbir avqustun 25-i Bakı vaxtı ilə saat 20:30-da “Sammi Ofer” stadionunun mətbuat zalında keçiriləcək. Saat 21:00-da isə komandanın mətbuat üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 18:30-da Hayfa təmsilçisinin mətbuat konfransı, 19:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 26-da oynanılacaq "Makkabi" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.