
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Avropa Liqasının qrupuna yüksəlib.
Sportnet.az-ın məlumatına görə, Varşava təmsilçisi pley-off mərhələsinin cavab görüşündə Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edib.
Matça start heyətdə başlayan Emreli komandası 0:1 hesabı ilə geridə olduğu vaxt 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. 80-ci dəqiqədə isə o, yerini Ernest Muçiyə verib.
Praqadakı ilk görüş 1:1 hesablı heç-heçə ilə yükenlaşmışdı. Həmin oyunda da Polşa klubunun yeganə qolunu məhz Emreli vurub. Beləliklə, "Legiya" "Slaviya"nı iki oyunun yekununda üstələyib. Mahir Emreli isə iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikdə 5 qol vurub.
-------------------------------------
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu evdə Çexiyanın "Slaviya" (Praqa) komandası ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə dubl edib.
O, 70-ci dəqiqədə fərqlənərək, Varşava təmsilçisini hesabda önə keçirib - 2:1. Bundan 10 dəqiqə sonra isə Emreli meydanı tərk edərək, yerini Ernest Muçiyə verib.
Qeyd edək ki, bu, Mahir Emrelinin "Legiya"nın heyətində avrokuboklarda 5-ci qoludur.
--------------------------------------
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu evdə Çexiyanın "Slaviya" (Praqa) komandası ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə fərqlənib. O, 59-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub - 1:1.