Almaniya milli komandasının futbolçusu Marko Röys Dortmundun "Borussiya" klubu ilə yeni müqavilə bağlayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə anlaşma 2019-cu il iyunun 30-dək artırılıb.
Yeni müqavilədə kompensasiya məbləği barədə bənd yer almayıb. Bu səbəbdən, Röysü istəyən bütün klublar "Borussiya" rəhbərliyi ilə birbaşa danışıqlara getməli olacaqlar.
Qeyd edək ki, bu mövsüm Marko Röys 10 oyuna 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.