İsveçrənin "Bazel" komandası "Qarabağ"la keçirəcəyi oyun üçün Bakıya səfər ərəfəsində həkimlərini dəyişməyi qərara alıb.
Sportnet.az-ın "Basler Zeitung"a istinadən məlumatına görə, Feliks Marti, Markus Rotveyler və Markus Veber klubdan kənarlaşdırılıb. Marti kollektivdə 42, Rotveyler və Veber 19 ildir çalışırdı.
Bildirilir ki, istefaların tibbi və ya peşəkar səbəbləri olmayıb. Klub son bir neçə gündə baş vermiş müxtəlif insidentləri nəzərə alaraq, belə bir qərar qəbul edib. Həmin insidentlərin nədən ibarət olduğu açıqlanmayıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlanacaq.