İsveçrə "Bazel"inin sahibi David Degen Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının oyununda komandasının çıxışından narazı qalıb.
Sportnet.az "Blick-Infos"a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis matçdan sonra futbolçuları bir araya toplayaraq, onlarla ciddi söhbət edib.
Keçmiş yarımmüdafiəçinin iclas vaxtı çox əsəbi olduğu və oyunçularla yüksək tonda danışdığı bildirilib. Komanda üzvlərinə "Bazel"i təmsil etdiklərini xatırladan Degen onlara bundan sonra daha məsuliyyətli olmağı tapşırıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Bazel" qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.