Fevralın 20-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, yığmamız ilk görüşünü fevralın 23-də Qananın U-21 yığmasına qarşı keçirəcək.
Bundan 3 gün sonra isə rəqib Çinin "Hunan Billows” klubu olacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı bir həftə davam edəcək.