TRT-1 telekanalında yayımlanan "Təşkilat" serialında əynində AFFA loqosu olan şəxsin fotosu müzakirələrə səbəb olub.
Sportnet.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri milli assosiasiyanın seriala sponsorluq etdiyini bildiriblər. Onlar futbola ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyini iddia ediblər.
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə Türkiyə telekanalının bu addımı onlardan xəbərsiz atdığını bildirib. O, TRT-1-ə məktub yazdıqlarını və cavab gözlədiklərini əlavə edib.
Qeyd edək ki, serialda AFFA-nın loqosu olan forma ilə görüntülənən şəxs Hulki Gürbüzoğlu rolunu ifa edən aktyor Nihat Altınkayadır.