Lüksemburq yığmasının qapıçısı Ralf Şonun Azərbaycan millisinə qarşı 2022-ci il dünya çempionatının seçmə oyunu üçün heyətə salınmasının səbəbi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Lük Holts mətbuat konfransında bildirib.
Holts 31 yaşlı qolkiperin tezliklə ata olacağı üçün toplanışa qatılmayacağını söyləyib: "Şon həyat yoldaşının yanında olmaq istədiyindən, Azərbaycana səyahət etməyəcək".
53 yaşlı mütəxəssis Norveçin "Brann" klubunda çıxış edən Lars Jersonun zədəli olduğunu xatırladıb: "Bu, həm futbolçu, həm də bizim üçün yaxşı hal deyil. Çünki mən onu özümlə aparmaq istəyirdim. Jerson ən qısa zamanda sıraya dönməkdən ötrü çalışmalıdır".
Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.