Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Sportnet.az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın futbolçusu Elnur Cəfərov millinin düşərgəsinə qoşulub.
Fevralın 24-də keçiriləcək Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – "Neftçi” oyunu ilə əlaqədar Samir Məsimov, zədəli olduğu üçün isə Elşən Abdullayev toplanışa qatılmayıb.
Qeyd edək ki, milli komanda 1 həftə müddətində Antalyada hazırlığını davam etdirəcək.