21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının evdə Avstriya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma serbiyalı hakimlər briqadasına tapşırılıb.
Baş hakim: Miloş Milanoviç
Baş hakimin köməkçiləri: Yovan Grujic, Matiya Olayos Nadj
Dördüncü hakim: Marko Sreçkoviç
Qeyd edək ki, noyabrın 12-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.