“Neftçi” milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə zamanı yoxlama görüşü keçirəcək.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, flaqman noyabrın 13-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə” ilə qarşılaşacaq. Oyun saat 14:00-da başlanacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Samir Abasovun baş məşqçi olduğu kollektiv məhz fasilə ərəfəsində Premyer Liqada X tur qarşılaşmasında "Keşlə"yə uduzub - 2:3.
Qeyd edək ki, ikigünlik istirahətdən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqləri bərpa edən “ağ-qaralar” növbəti rəsmi oyununu noyabrın 20-də “Bakcell Arena”da “Sabah”a qarşı keçirəcək.