
Fransalı futbolçu Tyerri Anri yenidən yaşıl meydanlara qayıdır. Sportnet.az-ın məlumatına görə, ulduz futbolçu bu dəfə "topçular"da məşqçi kimi fəaliyyət göstərəcək.
London təmsilçisinin baş məşqçisi Arsen Venger yerli mətbuata açıqlamasında Anrinin yenidən "Arsenal"a qayıdacağını təsdiqləyib. O, fransalının baş məşqçi kimi ilk addımlarını londonlularla birgə atacağını deyib.
Qeyd edək ki, Tyerri Anri ötən ilin dekabrında futbolçu karyerasını başa vurub və "Sky Sport" kanalında şərhçi kimi çalışıb.












































































