
Bu gün "Bakcell Arena”da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.
Yığmamızın hər iki qolunu Famil Camalov vurub.
Qeyd edək ki, Azərbaycan millisi Rusiya ilə 2 gün öncə də üz-üzə gəlib. Həmin vaxt şimal qonşularımız 2:1 hesabı ilə üstün olub.