
Bu cür oyunların keçirilməsi yığmanın xeyrinədir. Yoxlama görüşündə uduzsaq da, vacib olanı rəsmi qarşılaşmalarda qələbə qazanmaqdır”. Sportnet.az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev Rusiyaya 2:4 hesablı məğlubiyyətlə nəticələnən matçdan sonra deyib.
O bildirib ki, oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpıb. İsayevin fikrincə, bu, millimizin heyətində edilən dəyişikliklərlə bağlı olub: "Sevindici cəhət odur ki, Qara Qarayevi layiqincə əvəz edəcək Famil Camalov kimi futbolçu var. O, iki qol vurdu. Hətta üçüncünü də vura bilərdi. Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Məni narahat edən əsas məsələ müdafiəçilərin primitiv səhvlərə yol verməsi oldu".
Avropa çempionatının Bakıda keçiriləcək elit-raunduna hazırlaşan U-17 millimiz Rusiya ilə ilk yoxlama matçında da uduzub - 1:2.