
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məluumatına görə, yığmamız "Eerikkila Sports Institute” stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşıb.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Elnur Süleymanov və İlkin Sadıqov vurub.