
"Ümumilikdə, oyundan narazı qalmadım. İkinci hissədə bütün komanda ilə müdafiə olunan bir rəqibə qarşı oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu Finlandiya ilə yoldaşlıq oyunundan sonra Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Nikolay Adam affa.az-a deyib.
O bildirib ki, daha səbirlə oynamaq lazım idi: "Sonuncu dəqiqədə yol verdiyimiz səhvdən sonra qol buraxdıq. Oyunumuzu təhlil edib növbəti qarşılaşmaya hazırlaşacağıq. Çalışacağıq ki, qələbə qazanaq”.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.