Noyabrın 16-da Avropa çempionatının seçmə matçında Norveçi qəbul edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib.
Sportnet.az-ın məlumatına görə, bu, "Zirə" klubunun müdafiəçisi Cəlal Hüseynovdur.
18 yaşlı oyunçu noyabrın 14-də Qətərlə 2:2 hesablı heç-heçə etdikləri görüşdə əsas yığmanın heyətində ilk görüşünə çıxıb.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Norveç görüşü saat 20:00-da başlanacaq.