İspaniyanın "Luqo" klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb.
Sportnet.az Sequnda təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi artıq kollektivlə məşqlərinə qoşulub.
Onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar bir neçə gündən sonra veriləcək.
Qeyd edək ki, Eddi İsrafilov iyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.