İspaniyanın "Barselona" klubunun futbolçusu Luis Suares Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib. uruqvaylı hücumçu çətin rəqibə qarşı oynayacaqlarını deyib.
Buna baxmayaraq 28 yaşlı futbolçu oyununa uyğunlaşa bilmədikləri rəqibin olmadığını deyib: "Nə cür komandaya qarşı oynayacağımızı yaxşı bilirəm. Təbii ki, çətin qarşılaşma olacaq. Rəqib meydanda peşəkar fuutbol oynayır və topla yaxşı rəftar etməyi bacarır. Lakin onlar müdafiədə pis oynayırlar. Düşünüürəm ki, cütlüyün favoriti bizik və öz səviyyəmizi göstərməliyik".
Qeyd edək ki, "Mançester Siti" - "Barselona" qarşılaşması fevralın 24-də Bakı vaxtilə saat 23:45-də başlayacaq.