
Futbol üzrə Braziliya çempionatının qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, son turda "Baiya" klubunu məğlub edən "Atletiko Mineyro" vaxtından əvvəl qızıl medalları təmin edib.
Bu nəticədən sonra xallarını 81-ə çatdıran komanda ikinci pillədə ki "Flamenqo" üçün əlçatmaz olub.
Qeyd edək ki, bu, "Atletiko Mineyro"nun tarixində ikinci çempionluğudur.