Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniya "Şalke"sinin əsas komandasında debüt edə bilər.
Sportnet.az-ın məlumatına görə, səbəb Gelzenkirxen təmsilçisinin bir sıra aparıcı futbolçusunun sıradan çıxmasıdır.
Simon Toredde, Marius Bülter, Florian Flik, Yaroslav Mixaylov, Darko Çurlinov, Mark Jatkovski, Mixael Langer və Salif Sane zədəli olduqları üçün "Sankt-Pauli"yə qarşı II Bundesliqanın XVI tur matçını buraxacaqlar. Bu üzdən, baş məşqçi Dimitrios Qrammozis U-23-dən Dadaşovu, gənclər komandasında isə Keke Toppu əsas kollektivə cəlb edib.
Qeyd edək ki, bu gün keçiriləcək "Sankt-Pauli" - "Şalke" görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.