“Keşlə”nin futbolçusu Şəhriyar Əliyev Premyer Liqada 200-cü oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XIV tura təsadüf edib. "Sumqayıt"la səfər qarşılaşması (3:1) müdafiəçi üçün yubiley xarakteri daşıyıb.
Əliyev ölkə çempionatında 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edib. O, bu komandada 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Keşlə”də 34 (2 qol) dəfə şans qazanıb.