"İlin axırıncı oyununu keçirdik və təəssüf ki, qələbə qazana bilmədik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi" futbol klubunun kapitanı Emin Mahmudov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIV tur oyunu barədə özünün feysbuk səhifəsində paylaşıb.
29 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısında daha yaxşı nəticələr qazanacaqlarına inandığını yazıb: "Ümid edirəm ki, gələn il daha inamlı oynayıb, daha yaxşı nəticələr qazanacağıq. Dəstəyinizə və yanımızda olduğunuza görə təşəkkür edirəm".
Qeyd edək ki, "Neftçi" mövsümün ilk yarısını 22 xalla 3-cü pillədə başa vurub.