Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"unun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Deniz Kolgu yerli jurnalistlərə açıqlama verib.
O, Yücel İldizlə ilkin razılıq əldə olunduğunu bildirib. Kolgu komandanı "Menemenspor"la I Liqanın XVIII tur matçına məhz 68 yaşlı mütəxəssisin çıxaracağını bildirib.
Qeyd edək ki, Yücel İldiz bu vəzifədə Özcan Bizatini əvəzləyəcək.