"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb.
27 yaşlı müdafiəçi paytaxt təmsilçisinin heyətində 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, son klubu "Keşlə" olan Azər Salahlı “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) komandalarında da çıxış edib.