Almaniya "Bavariya"sında koronavirusa yoluxanların sayı artıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisində daha bir futbolçunun COVID-19 testi müsbət çıxıb.
Komandanın aparıcı yarımmüdafiəçisi Alfonso Deyvisdə infeksiya aşkarlanıb. Xəstəliyi simptomsuz keçirən 21 yaşlı oyunçu evində təcrid olunub.
Qeyd edək ki, bunadək "Bavariya"da daha 8 futbolçu koronavirusa yoluxub.