
Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu FIFA-nın xüsusi mükafatını alıb.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı hücumçu yığmada vurduğu qolların sayına görə bu mükafata layiq görülüb.
Təcrübəli forvard hazırda 111 qolla milli komandada ən çox fərqlənmiş futbolçudur.